cümə, 11 iyul 2025

DÜNYA FUTBOLU

Marko Reus 2018-ci ilin ən yaxşısı olub

06.02.2019 10:13 Oxundu 509


Almaniyanın “Borussiya” futbol klubunun yarımmüdafiəçisi Marko Reus 2018-ci ildə Dortmund şəhərinin ən yaxşı idmançısı seçilib. 29 yaşlı almaniyalı yarımmüdafiəçi “Ruhr Nachrichten” qəzetinin oxucuları və "Radio 91.2" radiosunun dinləyiciləri arasında keçirilən sorğuda birinci olub. Reus 11 min 300 nəfərin iştirak etdiyi səsvermədə 51.9 faiz səs toplayıb. İkinci yerdə avarçəkmə üzrə sabiq Olimpiya çempionu Rixard Şmidt (25.1 faiz) qərarlaşıb. İlk üçlüyü isə atlet Mohamed Mohamedi (23 faiz) tamamlayıb. Qeyd edək ki, yarımmüdafiəçi 2018-ci ildə Almaniya millisinin və Bundesliqasının ən yaxşı futbolçusu seçilib. O, cari mövsümdə Dortmund təmsilçisinin heyətində 24 oyunda 14 qol vurub. Almaniya millisində isə 37 oyunda 10 dəfə fərqlənə bilib. (Azərtac)