cümə, 11 iyul 2025

DÜNYA FUTBOLU

UEFA səfər qolu qaydasını ləğv edir?

06.02.2019 10:48 Oxundu 465


UEFA dünya futbolunda daha bir inqilabi dəyişikliyə imza atmağa hazırlaşır. Qitənin ali futbol qurumu iki oyunluq pley-off mübarizələrində səfər qolu qaydasını ləğv etməyi müzakirə edəcək.

Bu barədə sabah Romada keçiriləcək UEFA-nın İcraiyyə Komitəsinin iclasında məsələ qaldırılacaq.

Daha əvvəl sözügedən qayda İngiltərədə ləğv edilmişdi. Belə ki, “Çelsi” ilə “Tottenhem” arasında İngiltərə Liqa kubokunun yarımfinal matçında (2:1, 0:1) ikinci oyun başa çatan kimi komandalar penalti zərbələrini yerinə yetirmişdilər.

Qeyd edək ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) yerli federasiyalara həm səfər qolundan, həm də əlavə vaxtdan imtina etməyə icazə verib. (Matc.az)