06.02.2019 13:19
653


AFFA-da intizam komitəsinin növbəti iclası keçirilib. Cempion.az intizam komitəsnin qərarlarını sizə təqdim edir.
2 fevral 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XV turunun “Zirə” – “Sabah” matçında “Zirə” və “Sabah” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub.
Oyunun 25-ci dəqiqəsində “Sabah” klubunun 19 №-li futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunubOyunun 62-ci dəqiqəsində “Zirə” klubunun 6 №-li futbolçusu Vüqar Mustafayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunub.
“Zirə” və “Sabah” klubları matçın protokolunu vaxtında təqdim etmədiklərinə görə hər iki klub 800 manat cərimə olunub.
3 fevral 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XV turunun “Qəbələ” – “Sumqayıt” matçında hakimlər otağında lazımı inventarlar olmadığına görə klub 1600 manat cərimə olunub.
3 fevral 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” matçının 70-ci dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu Anton Krivatsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.
Oyunun 90+2-ci dəqiqəsində “Qarabağ” klubunun 2 №-li futbolçusu Qara Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub. Oyunun 10-cu dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.
Oyundan əvvəl “Qarabağ” klubunun məşqçisi Mario Dobromirov hakimlər otağına icazəsiz daxil olduğuna görə klub 1600 manat cərimə olunub.
2 fevral 2019-cu il, Region Liqasının, “Araz” (Saatlı) – “Füzuli” matçının 90-cu dəqiqəsində “Araz” klubunun 17 №-li futbolçusu Elgün Miriyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Oyunun fasiləsi zamanı “Füzuli” klubunun inzibatçısı Ramil Məmmədov hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb.
3 fevral 2019-cu il, Region Liqasının, “Kürmük” (Qax) – “Göyəzən”(Qazax) matçının 90+4-cü dəqiqəsində “Kürmük” klubunun 17 №-li futbolçusu Elməddin Musazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
3 fevral 2019-cu il, Region Liqasının, “Ərkivan” (Masallı) – “Astara” matçının 59-cu dəqiqəsində “Ərkivan” klubunun 44 №-li futbolçusu Allahverdi İbayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
3 fevral 2019-cu il, Gənclər Liqasının, “Qəbələ” – “Sabah” matçının 45+1-ci dəqiqəsində “Sabah” klubunun 2 №-li futbolçusu Xəyyam Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
31 yanvar 2019-cu il, U-16 Liqasının, “Neftçi” – “Qarabağ” matçının 50-ci dəqiqəsində “Qarabağ” klubunun 9 №-li futbolçusu Fidayə Əzizov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
31 yanvar 2019-cu il, U-16 Liqasının, “Neftçi” İK İB – “Sabah” matçının 80+1-ci dəqiqəsində “Sabah” klubunun 18 №-li futbolçusu Şahmar Aşurov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
2 fevral 2019-cu il, Boulevard Hotel U-15 Liqasının, “Xilə” – “Keşlə” matçı başa çatdıqdan sonra “Xilə” klubunun məşqçisi Əsəd Kərimov hakimlər briqadasının otağına daxil olaraq hakimlər briqadasını təhqir edib, fiziki təzyiq göstərdiyinə görə 12 ay müddətinə cəzalanıb
3 fevral 2019-cu il, Kapital Bank U-14 Liqasının, “Səbail” – “Keşlə” matçının 22-ci dəqiqəsində “Keşlə” klubunun 12 №-li futbolçusu Ağamusa Seyidov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb
3 fevral 2019-cu il, Kapital Bank U-14 Liqasının, “Şüvəlan” – “İsgəndər Cavadov” BFA matçının 30-cu dəqiqəsində “İsgəndər Cavadov” klubunun 1 №-li futbolçusu Elmin Qaçaylı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
2 fevral 2019-cu il, Coca-Cola U-13 Liqasının, “Kürdəmir Gİİ” – UGİM (Göyçay) matçının 34-cü dəqiqəsində UGİM klubunun 18 №-li futbolçusu Ramin Həmidov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.38-ci dəqiqəsində “Kürdəmir Gİİ” klubunun 8 №-li futbolçusu Əli Hüseynovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
13 yanvar 2019-cu il, U-16 Qızlar Liqasında “Aran” FK – “Xırdalan” matçının 24-cü dəqiqəsində “Aran” klubunun baş məşqçisi Mahir Bağırlı texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
19 yanvar 2019-cu il, Yüksək Qızlar Liqasının, “Keşlə” – “Veqa” matçında “Veqa” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
27 yanvar 2019-cu il, U-16 Qızlar Liqasının, “Aran” – 8 №-li İOEUGİM matçında “Aran” FK komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
4 fevral 2019-cu il, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının EKOL – “Yasamal” MFK matçında “Yasamal” MFK komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verili.
3 fevral 2019-cu il, futzal üzrə Azərbaycan birinciliyinin İkinci Liqasının “Obolon” – “Təbriz” matçının 27-ci dəqiqəsində “Obolon” klubunun 83 №-li futzalçısı Şirin Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanı.
3 fevral 2019-cu il, futzal üzrə Azərbaycan birinciliyinin İkinci Liqasının “Star Karqo” – “Xəzər Astara” matçının 30-cu dəqiqəsində “Xəzər Astara” klubunun 11 №-li futzalçısı Əfsər Hümbətov öz komanda yoldaşını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
1 fevral 2019-cu il, futzal üzrə Azərbaycan birinciliyinin Birinci Liqasının ADBTİA – AZMİU matçının 22-ci dəqiqəsində ADBTİA klubunun 15 №-li futbolçusu Taleh Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.