07.02.2019 15:09
968


"Real Madrid"in futbolçusu Lukas Vaskes El Klassikonun ardından maraqlı açıqlama verib. Cempion.az xəbər verir ki, Messinin start heyətdə başlayacağını gözlədiklərini deyən Vaskes: "Messinin ilk hissədən oyunda olacağını düşünürdük. Onu ehtiyat oyunçuların arasında görəndə təəccübləndik. Və onu oyuna girməyə məcbur etdik. "Barselona"dan çox yaxşı futbol oynadıq və bu oyunda qələbə bizim olmalı idi. Nəticə ədalətli deyil". Qeyd edək ki, İspaniya Kral kubokunun yarımfinal mərhələsində "Barselona" və "Real Madrid" üz-üzə gəliblər. 1-1 hesabı ilə bitən oyunda Lukas Vaskes Madridlilərin qolunun müəllifi olub.