cümə, 11 iyul 2025

DÜNYA FUTBOLU

Valverde: "Çoxlu top itkisinə yol verdik"

07.02.2019 16:00 Oxundu 534

İspaniya Kral Kubokunda öz meydanında "Real Madrid"lə 1-1 bərabərə qalan "Barselona"nın baş məşqçisi Ernesto Valverde qarşılaşmadan sonra maraqlı açıqlamalar verib. Cempion.az xəbər verir ki, ümumi oyunu dəyərləndirən Valverde: "Messinin zədəsi sağalıb. Ancaq risk edib ilk hissədə oynatmadıq. Onun matça ikinci hissədə girməsinin daha yaxşı olacağını düşündük. Bu görüşdə komandamız çoxlu top itkisinə yol verdi. Buna diqqət etməliyik. Finala çıxa bilərik, çünki ortada hər hansı bir tətəfi dəqiq favorit göstərən hesab yoxdur".