cümə, 11 iyul 2025

DÜNYA FUTBOLU

"Barselona"nın prezidenti: "Messisiz "Barselona"ya özümüzü öyrətməliyik"

08.02.2019 10:25 Oxundu 521

"Barselona"nın prezidenti Xose Bartomeu İspaniya mətbuatına maraqlı açıqlama verib. Cempion.az xəbər verir ki, klubun gələcəyi haqqında danışan "Bartomeu: "Bir gün Messi karyerasını bitirəcək. Messisiz "Barselona"ya özümüzü öyrətməliyik. Gələcək üçün vacib qərarlar qəbul etməliyik. "Barselona"nın uğurlarının davam etməsi üçün gənc və bacarıqlı futbolçulara ehtiyacımız var. Bizim sistemə uyğun olan futbolçuları izləyirik. Məndən sonra gələn klubun prezidentlərinə yaxşı miras saxlamalıyıq".