cümə, 11 iyul 2025

DÜNYA FUTBOLU

Emre Can: "Ronaldo ilə birlikdə Çempionlar Liqasının qalibi olmaq istəyirəm"

08.02.2019 10:39 Oxundu 613

"Yuventus"un türk əsilli almaniyalı futbolçusu Emre Can İtaliya mətbuatına açıqlamalar verib. Cempion.az xəbər verir ki, komanda yoldaşı Ronaldo haqqında danışan Emre Can: "Ötən mövsüm Ronaldoya qarşı oynayanda Çempionlar Liqasının finalıda məğlub olduq. Bu il isə Ronaldo ilə birlikdə Çempionlar Liqasının qalibi olmaq istəyirəm. Onunla oynamaq çox möhtəşəmdir. Bir çox futbolçu Ronaldo ilə komanda yoldaşı olmaq istəyər. Meydanda bir liderdir. Komanda olaraq ondan çox şey öyrənirik"