cümə, 11 iyul 2025

DÜNYA FUTBOLU

"EURO 2020"də Bakıya gələn yığmalar üçün bu stadionlar seçildi

08.02.2019 13:16 Oxundu 744

UEFA milli komandaların AÇ-2020-nin keçiriləcəyi şəhərlərdəki təlim-məşq bazalarının və qalacağı otellərin onlayn-kataloqunu təqdim edib. Siyahıda Avropa çempionatına ilk dəfə ev sahibliyi edəcək Bakıya aid bölmədə 3 stadion və 3 otel yer alıb. “Bakcell Aren"nı seçəcək milli komandaya “Fairmont Baku Flame Towers Hotel”,  “Dalğa Arena” üçün “Bilgah Beach Hotel”, Tofiq Bəhramov adına Respublika stadionunda məşq edəcək yığmaya isə “Excelsior Hotel & Spa Baku” təklif edilib. Xatırladaq ki, Avropa çempionatının Bakı ilə yanaşı, London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) keçiriləvək. Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda olacaq. (Qol.az)