cümə, 11 iyul 2025

BOKS

Boks üzrə dünya çempionu güllələnərək öldürülüb

08.02.2019 15:39 Oxundu 668

Rusiyanın boks üzrə dünya çempionu Aleksandr Kostromin yaşadığı evin yaxınlığında ölü olaraq tapılıb. İdmançını 8 dəfə güllələyən şəxs avtomobillə hadisə yerindən qaçıb.Qeyd edək ki, A.Kostromin 2014-cü ildə Krımda keçirilən beynəlxalq boks çempionatında qızıl medal qazanıb. Onun bu il fevralın 16-da Latviyanın paytaxtı Riqada baş tutacaq yarışa hazırlaşdığı bildirilirdi. 29 yaşlı boksçunun sabah ad günü olacaqdı. (Fanat.Az)