şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

Sarri "Çelsi"dən gedir?

11.02.2019 11:53 Oxundu 543

"Çelsi"nin baş məşqçisi Maurisio Sarri "Mnaçester Siti"yə 6-0 məğlub olduqları oyunda sonra jurnalistlərə açıqlama verib. Cempion.az xəbər verir ki, oyunu dəyərləndirən təcrübəli mütəxəssis: "Nə olduğunu başa düşə bilmirəm. Bütün həftəni çox yaxşı çalışdıq. Buna baxmayaraq meydanda böyük problemlərimiz var. Bu olanları heç cür anlaya bilmirəm. Ötürmələrdə çoxlu səhvə yol verdik. Bu cür səhvləri "Mançester Siti"yə qarşı etmək olmaz. Oyunun əvvəlində çox mənasız bir qol buraxdıq. "Çelsi"nin futbolçuları üçün narahatam. Özüm üçün yox. Üzərimdə təzyiq var çünki cavabdeh mənəm. İşimə son veriləcək ya yox bilmirəm. Bu sualı rəhbərliyə vermək lazımdır".