cümə, 11 iyul 2025

DÜNYA FUTBOLU

Ole Qunnar Sulşer: "Neymar hər komandaya lazım olacaq bir futbolçudur"

11.02.2019 12:51 Oxundu 440

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer Çempionlar Liqasında PSJ ilə oynayacaqları qarşılaşmadan əvvəl jurnalistlərə açıqlama verib. Cempion.az xəbər verir ki,  hər iki komandada olan oyunçuları dəyərləndirən gənc mütəxəssis: "Neymar hər komandaya lazım olacaq bir futbolçudur. Bizim azarkeşlər də Neymarı izləmək istəyərdi. Ancaq PSJ-də Mbappe və Dimaria kimi futbolçuları da yaddan çıxartmaq lazım deyil. Mbappe fantastik bir şəkildə özünü inkişaf etdirdi. Reşford və Mbappe qarşıdakı 10 ildə futbol dünyasında adlarından söz etdirəcək".