şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

"Lyon"un futbolçusu: ""Barselona"ya qalib gələ bilərik"

11.02.2019 14:08 Oxundu 485

"Lyon"un futbolçusu Rafael Çempionlar Liqasında keçiriləcək "Barselona" ilə oyunlardan əvvəl maraqlı açıqlamalar edib. Cempion.az xəbər verir ki, "Barselona"nın məğlub edilməz olmadığını bildirən Rafael: "Hər iki komanda qarşılaşmaya 11 oyunçu ilə çıxacaq. Bizim heyətdə də çox güclü futbolçularımız var. "Barselona"ya qalib gələ bilərik. "Mançester Siti" ilə də oyundan öncə hər kəs böyük hesabla məğlub olacağımızı deyirdi. Ancaq biz həmin matçdan 2-1 qalib ayrıldıq".