çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Avroliqadaki növbəti rəqiblərimiz: "Lill", "Mlada Boleslav", "Slovan"

15.07.2016 14:27 Oxundu 1113

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə klublarımızın III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Artıq hər üç klubumuzun potensial rəqibləri bəlli olub. Şahin Diniyevin komandası "Admira" səddini keçərsə, III təsnifat mərhələsində Çexiyanın "Slovan" klubu ilə qarşılaşacaq. "Qəbələ" MTK-nı mübarizədən kənarlaşdırarsa, növbəti mərhələdə "Lill" (Fransa), "Neftçi" isə "Şkendiya"nı keçərsə, "Mlada Boleslav" (Çexiya) klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 28 iyul və 4 avqust tarixlərində keçiriləcək.

"Lill" (Fransa) - "Qəbələ"

"Neftçi" - "Mlada Boleslav" (Çexiya)

"Kəpəz" - "Slovan" (Çexiya)