11.02.2019 15:22
566
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş sponsoru SOCAR-ın inzibati binasında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Cempion.az AFFA-ya istinadən xəbər verir ki, saat 18:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
- Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi
- Aşağı yaş qruplarından ibarət milli komandalara məşqçi təyinatlarının təsdiqi
- Digər məsələlər
İcraiyyə Komitəsində qəbul olunmuş qərarlar bu gün saytımızda yerləşdiriləcək. İclasdan sonra mətbuat üçün brifinq nəzərdə tutulmayıb. Qəbul olunacaq qərarlarla bağlı fevralın 12-də, saat 11:30-da, Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçiriləcək.