cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Qurban Qurbanov dünyanın ən güclü məşqçilərinin siyahısında

11.02.2019 15:55 Oxundu 698


Dünyanın ən güclü 1000 məşqçisinin reytinq siyahısı açıqlanıb. Siyahıda Azərbaycanın yeganə təmsilçisi Qurban Qurbanov olub. “Qarabağ”ın baş məşqçisinin hesabında 1073 xal var. 47 yaşlı mütəxəssis siyahıda 502-cidi. Qurbanov hər həftə açıqlanan siyahıda 7 pillə geriləyib. O, 7 gün öncə 495-ci sırada qərarlaşmışdı. Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. Onun hesabında 14082 xal var. (Matc.az)