şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

"Yuventus" uelsli futbolçunu heyətinə qatıb

12.02.2019 09:36 Oxundu 487

"Arsenal"ın futbolçusu Aron Remzinin yeni komandası məlum olub. Cempion.az xəbər verir ki, uelsli futbolçu gələn mövsümdən etibarən "Yuventus"da çıxış edəcək. "Yuventus" rəhbərliyi futbolçu ilə 4 illik müqavilə imzalayıb. Turinlilər Aron Remzinin mövsümün sonunda müqaviləsi bitdiyi üçün "Arsenal"a pul ödəməyəcək. Təcrübəli yarımmüdafiəçi "Yuventus"da ilinə 20 milyon avro alacaq.