12.02.2019 10:01
581


Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək. Cempion.az xəbər verir ki, ilk oyun gününə iki qarşılaşma baş tutacaq. "Roma" İtaliyada "Porto" ilə qarşılaşacaq. Digər görüş isə "Old Trafford"da PSJ və "Mançester Yunayted" arasında gerçəkləşəcək. Qeyd edək ki, bugünkü oyunlardan başlayaraq Çempionlar Liqasında ilk dəfə VAR (Video Köməkçi Hakim) sistemindən istifadə olunacaq.