şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Buffon: "Mbappe mənə "Buffon baba" deyir"

12.02.2019 14:15 Oxundu 481

PSJ-nin ulduz futbolçusu Canluici Buffon mətbuata açıqlama verib. Cempion.az xəbər verir ki, gənc futbolçuların onun təcrübəsindən dəyərləndiklərini bildirən Buffon: "Bir çoxlarının xəyal edə bilməyəcəyi möhtəşəm karyeram olub. Gənc yaşlarımdan hal hazır ki, veteran vaxtıma qədər çox uğurlar qazanmmışam. İndiki gənc oyunçulara təcrübəmə əsaslanaraq kömək etməkdən zövq alıram. Meydanda bütün futbolçularla həmyaşıd kimi davranmalıyam. Çünki hamımız mübarizə aparırıq. Mbappe ilə hərdən zarafat edirik. Mənə Buffon baba deyir. Bu da normaldı çünki hələ onun 20 yaşı var. Ona icazə vermişəm, məni atası kimi və ya babası kimi görə bilər"