bazar, 17 fevral 2019

BIZIM FUTBOL

İntizam komitəsinin qərarları açıqlanıb - "Qəbələ”nin baş məşqçisi cəzalanıb

12.02.2019 15:38 Oxundu 166

AFFA-nın intizam komitəsinin iclası keçirilib. İclasda cəzalanan futbolçular məlum olub. Cempion.az sizə cəzaları təqdim edir.
9 fevral 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XVI turunun “Sabah” – “Qəbələ” matçının 45+1-ci dəqiqəsində  “Sabah”  klubunun 9 №-li futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun  90+5-ci dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Zaur Həşımov  texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat сərimə olunur (maddə 62).
 
 9 fevral 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XVI turunun “Sumqayıt” – “Qarabağ” matçında  “Sumqayıt” klubunun 5 , “Qarabağ” klubunun  4 futbolçusu  sarı vərəqə ilə cəzalandıqları  üçün hər iki klub 800 manat cərimə olunur  (maddə 40).
10 fevral 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XVI turunun “Səbail” – “Zirə” matçının 81-ci dəqiqəsində  “Səbail”  klubunun 32 №-li futbolçusu Elvin Yunuszadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
10 fevral 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XVI turunun “Neftçi” – “Keşlə” matçında  “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
7 fevral 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XIV turunun “Sumqayıt-2” – “Keşlə-2” matçında “Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun 90+1-ci dəqiqəsində “Sumqayıt” klubunun 90 №-li futbolçusu Elvin Nəsibov təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur(maddə 42.1).
“Sumqayıt-2” – “Keşlə-2” matçında meydana protokolda adı olmayan futbolçu daxil olduğuna görə kluba texniki məğlubiyyət verilir, hesab 0:3 olduğu kimi saxlanılır (maddə 97).
7 fevral 2019-cu il, 2018/2019 mövsümündə,  I divizionun XIV turunun “Sabah-2” – “Neftçi-2” matçında “Sabah-2” və “Neftçi-2” klublarının 4 futbolçusu  sarı vərəqə ilə cəzalandıqları  üçün hər iki klub 80 manat cərimə olunur  (maddə 40).    7 fevral 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XIV turunun “Turan Tovuz” – “Qarabağ-2” matçında lazımi inventarlar olmadığına görə meydan sahibi klub 160 manat cərimə olunur (maddə 60).
“Turan Tovuz”  klubu oyunun video yazısını təqdim etmədiyinə görə klub 80 manat cərimələnir (maddə 64.3).
8 fevral 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XIV turunun “Şüvəlan” – “Səbail-2” matçında “Şüvəlan” və “Səbail-2” klublarının 5 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun 75-ci dəqiqəsində  “Səbail-2”  klubunun 90 №-li futbolçusu Xəlil Bəşirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
7 fevral 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XIV turunun “Zirə-2” – “Ağsu” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
“Ağsu” klubuna görə matç 8 dəqiqə gec başladığı üçün klub 240 manat cərimə olunur (maddə 53.3).
 
8 fevral 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XIV turunun “Kəpəz” – MOİK matçında meydana protokolda adı olmuyan futbolçu daxil olduğuna görə kluba texniki məğlubiyyət verilir, hesab 0:3 olduğu kimi saxlanılır (maddə 97).
8 fevral 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XIV turunun “Qaradağ Lökbatan” – “Zaqatala” matçının 64-cü dəqiqəsində “Zaqatala”  klubunun 7 №-li futbolçusu Elşad Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 70-cı dəqiqəsində “Zaqatala” klubunun 15 №-li futbolçusu Firuddin Mövsümov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun  26-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Elçin Dərgahquliyev  texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat сərimə olunur (maddə 62).
8 fevral 2019-cu il, Region Liqasının, “Uğur” (Sumqayıt) – “Baku”FC matçının 45+3-cü dəqiqəsində “Uğur” klubunun 14 №-li futbolçusu Kənan Məmmədov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
Oyunun fasiləsi zamanı “Uğur” klubunun məşqçisi Tural Salmanzadə hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanır (maddə 42.4).
10 fevral 2019-cu il, Region Liqasının, “Şirvanovka” – “Şahdağ” matçının 90+1-ci dəqiqəsində “Şirvanovka” klubunun 14 №-li futbolçusu Faik Ağarəhimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
7 fevral 2019-cu il, U-16 Liqasının, “Qarabağ” – ROİL matçının 36-cı dəqiqəsində ROİL klubunun 3 №-li futbolçusu Səyyad Xantamirov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
9 fevral 2019-cu il, U-15 Liqasının, “Keşlə” – “Neftçi” İK İB matçının 38-ci dəqiqəsində “Neftçi” İK İB klubunun 16 №-li futbolçusu Amin Məmmədovun sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
9 fevral 2019-cu il, U-10 Liqasının, “Avey”(Ağstafa) – “Qədirli” (Tovuz) matçında “Qədirli” klubunun heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).