13.02.2019 10:45
735


Çmepionlar Liqasında "Mançester Yunayted"lə qarşılaşma PSJ-nin qapıçısı Canluicci Buffon üçün əlamətdar olub. Cempion.az xəbər verir ki, PSJ-nin 2-0 hesablı qələbəsi ilə başa çatan matç Buffonun Çempionlar Liqası tarixində qapısını toxunulmaz saxladığı 50-ci oyun olub. Bu göstərici ilə Buffon Edvin van der Sara çatıb. Qeyd edək ki, Çempionlar Liqasında qapısını ən çox toxunulmaz saxlayan çərçivə qoruyucusu "Porto"nun qapıçısı İker Kasiliyasdır. O, Çepionlar Liqasında 57 quru oyun keçirib.