
Çempionlar Liqasında "Mançester Yunayted"lə youndan sonra PSJ-nin futbolçusu Kilyan Mbappe jurnalistlərə açıqlamalar verib. Cempion.az xəbər verir ki, komandalarında olan çatışmazlıqlara baxmayaraq əllrindən gələni etdiklərini deyən gənc ulduz: "Komandamız üçün Neymar və Kavani çox vacib futbolçulardır. Ancaq onların yoxluğunda həm aşazkeşlərimiz, həm də biz heç bir rəqibdən qorxmamalıyıq. Onlar olmayanda da oynayıb qalib gələ biləcəyimizi göstərdik. Çünki bizim komandada yetərincə istedalı futbolçular var. "Mançetser Yunayted"lə oyun zamanı hər biriniz bunun şahidi oldunuz. Qələbə qazandıq çox xoşbəxtik ancaq məmnun deyilik çünki 3-cü qolu da vurmalıydıq. Bunun üçün şanslarımız oldu. Cavab qarşılaşmasında növbəti mərhələyə keçmək üçün əlimizdən gələni edəcəyik"