13.02.2019 11:44
543

Çempionlar Liqasında öz meydanında PSJ-yə 0-2 hesablı məğlubiyyətin ardından "Mançeter Yunayted"in baş məşqiçisi Ole Qunnar Sulşer jurnalistlərə açıqlama verib. Cempion.az xəbər verir ki, oyunu dəyərləndirən gənc mütəxəssis: "Oyun fikirləşdiyimiz kimi gedirdi. Adi bir səhvdən qapımıza vurulan qoldan sonra matçın gedişatı dəyişdi. Biz bir müddətdir belə qarşılaşmalara çıxmırıq. Bu məğlubiyyət o demək deyil ki, hər şey bizim üçün qurtarıb. Növbəti mərhələyə çıxa bilərik. Çox çətin olacağını bilirik ancaq 1/4 finala çıxmaq üçün əlimizdən gələni edəcəyik".