cümə, 11 iyul 2025

BİZİM FUTBOL

Millimizin yeni baş məşqçisi nə qədər maaş alacaq?

13.02.2019 12:09 Oxundu 664


Millimizin yeni baş məşqçisi Nikola Yurçeviçin  Azərbaycanda alacağı maaş  müəyyənləşib. Cempion.az qol.az-a istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis yığmamızda ilinə 300 min avro qazanacaq. Xəbərdə onun maaşının yığmanın sabiq baş məşqçiləri Berti Foqts və   Robert Prosineçki ilə müqayisədə  3 dəfə az olduğu bildirilib. Foqts və Prosineçkinin millimizdə illik təxminən 1 milyon avro  qazandıqları vurğulanıb. Qeyd edək ki, N.Yurçeviç fevralın 11-i millimizə baş məşqçi təyin olunub.