13.02.2019 12:58
621


Çepmionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə bir neçə tarixə keçəcək hadisə yaşanıb. Cempion.az qitənin ən nüfuzlu klub turnirində yaşanan ilkləri sizə təqdim edir. "Roma" "Porto görüşündən "Roma"nın gənc oyunçusu Çempionlar Liqasında bir oyunda 2 qol vuran ən gənc italiyalı futbolçu kimi adını tarixə yazdırıb (19il, 7ay, 10 gün). "Mançester Yunayted"i məğlub edən PSJ "Old Trafford"da birdən çox qol vuran ilk Fransa klubu olub. Bundan Əlavə PSJ "Maçester Yunayted"lə qarşılaşma zamanı ÇL-də bir oyunun ilk hissəsini qapıya dəqiq zərbə vurmadan başa vurub. Parislilərin bu göstəricisi 2015-ci ilin aprel ayında "Barselona" ilə oynadıqları 1/4 final mərhəlsindən qeydə alınıb. "Mançester Yunayted"in fransalı ulduz futbolçusu Pol Poqba"qırmızı şeytanların" heyətində 2013-cü ildən bu günə qədər play off" oyunlarında qırmızı vərəqə alan ilk futbolçu olub.