cümə, 11 iyul 2025

BİZİM FUTBOL

Millimizin üzvü "FA Trophy” kubokunda fərqləndi

13.02.2019 16:27 Oxundu 520

İngiltərədə yarıpeşəkar klublar arasında keçirilən "FA Trophy” kubokunda üçüncü mərhələnin cavab oyunları keçirilib. Cempion.az fanat.az-a istinadən xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Sərhat Daşdəmirin çıxış etdiyi "Fayld” doğma meydanda "Ramsbottom Yunayted”i sınağa çəkib. Futbolçumuzun komandası 4:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Sərhat start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. 50-ci dəqiqədə qol vuran futbolçumuz komandasının üçüncü qoluna imza atıb. Qeyd edək ki, "Fayld”la "Ramsbottom Yunayted” arasındakı ilk oyun 5:5 hesablı heç-heçəylə bitmişdi.