cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

“Barselona”da yeni müqavilə

15.02.2019 14:40 Oxundu 444


İspaniyanın “Barselona” klubu baş məşqçisi Ernesto Valverde ilə yeni müqavilə imzalayıb.
Kataloniya təmsilçisinin mütəxəssislə anlaşması 2020-ci ilin yayına qədər nəzərdə tutulub.
1+1 il müddətinə bağlanan müqavilə daha bir mövsüm artırıla da bilər. 2017-ci ilin yayında “Barselona”nın “sükanı arxası”na keçən Valverde 2 illik anlaşma imzalamışdı.
Maraqlıdı ki, klub prezidenti Jozep Bartomeu payızda verdiyi açıqlamada əvvəlki müqavilənin də 2020-ci ilin yayına qədər olduğunu bildirib. (Matc.az)