şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

BATE "Arsenal"ı məğlub etdi

15.02.2019 15:54 Oxundu 417

Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin ilk 8 oyunu keçirilib. Belarusiyada sensasiya qeydə alınıb. "Qarabağ"ı Çempionlar Liqasından uzaqlaşdıran  BATE komandası doğma meydançasında Avropa Liqaqsının qrup mərhələsində Ağdam klubunun rəqibi olmuş  "Arsenal"ı qəbul edib. Belaruslar adlı-sanlı rəqibinə  minimal hesabla qalib gəliblər . Yeganə qolu 45-cı dəqiqədə Stanislav Draqun vurub.
Digər oyunlar belə nəicələnib:
"Krasnodar" (Rusiya) – "Bayer" (Leverkuzen, Almaniya) - 0:0
"Slaviya" (Praqa, Çexiya) - "Genk" (Belçika) - 0:0
"Latsio" (İtaliya) - "Sevilya" (İspaniya) - 0:1
"Rapid" (Vyana, Avstriya) - "İnter" (İtaliya) - 0:1
"Qalatasaray" (Türkiyə) - "Benfika" (Portuqaliya) - 1:2
"Renn" (Fransa) – "Betis" (İspaniya) - 3:3
"Olimpiakos" (Yunanıstan) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:2