cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Neymarın zədəsinin sağalmasında "Barelona"nın həkimlərinin köməyi olub

15.02.2019 17:20 Oxundu 468


PSJ-nin hücumçusu Neymar zədəsi ilə bağlı danışıb. Braziliyalı forvard özünü get-gedə yaxşı hiss etdiyini bildirib. Superulduz "Barselona"nın həkimlərinin bunda köməyinin olduğunu da söyləyib: "Yaşıl meydanlara dönmək üçün müəyyən prosedurlardan keçdim. "Barselona" həkimlərinin müalicəsi qan dövranına kömək edir". Onun fizioterapevti Rafael isə futbolçunun Çempionlar Liqasının 1/4 final mərhələsinə qədər sıraya dönəcəyini düşünür. Qeyd edək ki, Neymar yanvarın 23-də Fransa kubokunda "Strasburq"la keçirilən oyunda zədələnib. (matc.az)