şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Məşqçilərimiz Kakanın rəhbərlik etdiyi beynəlxalq seminara qatılıblar - FOTO

15.02.2019 17:44 Oxundu 589

Qazaxıstanın Almatı şəhərində MDB ölkələrində fəaliyyət göstərən futzal məşqçilərinin iştirak etdiyi beynəlxalq seminar keçirilib. "Futzalın Sürətli Oynanılması" mövzusunda keçirilən 5 günlük seminara bir zamanlar ölkəmizdə "Neftci İK"-da çıxış etmiş hal-hazırda isə Qazaxıstanın futzal üzrə milli komandasının və "Kayrat" klubunun baş məşqçisi olan Kaka başçılıq edib.
Cempion.az xəbər verir ki, seminarda Azərbaycanı iki mütəxəssis təmsil edib. Onlarda biri bu mövsümün birinci dövrəsində "Sab" futbol klubunun oyunçu məşqçisi, ikinci dövrəsində isə "Baker Tilly"nin oyunçusu və "Olimpikstar uşaq futzal məktəbi"nin məşqçisi Elvin Quliyev, digəri isə "Baku Fire" klubun məşqçisi Teymur Eyvazovdur. Məşqçilərimiz 5 gün davam edən nəzəri və praktiki seminarın sonunda sertifkatla təltif olunublar. Qeyd edək ki, seminarın rəhbəri Kaka dünyanın ən yaxşı ikinci futzal məşqçisi seçilib.