cümə, 11 iyul 2025

DÜNYA FUTBOLU

"Mançester Yunayted" futbolçusu ilə yollarını ayırır

18.02.2019 15:55 Oxundu 384

"Mançester Yunayted" futbolçusu Romelu Lukaku ilə yollarını ayıracaq. Cempion.az xəbər verir ki, komandanın baş məşqçisi Ole Qunnar Sulşer futbolçunu yeni oyun sistemində düşünmədiyini deyib. Belçikalı hücumçu bu qərara etiraz etməyib. Onun mövsümün sonunda "Yuventus"a keçəcəyi gözlənilir.