18.02.2019 16:56
449


"Mançester Yunayted" "İnter"in argentinalı futbolçusu Mauro İkardini heyətinə qatmaq istəyir. Cempion.az xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi artıq "İnter" rəsmiləri ilə danışıqlara başlayıb. Klubla razılıq əldə olunacağı təqdirdə İkardi gələn mövsümdən "Mançeter Yunayted"in heyətində çıxış edəcək. Qeyd edək ki, İkardi bu keçidə müsbət münasibət bildirib və futbolçu hal hazırda "İnter"lə problemlər yaşayır.