19.02.2019 15:11
492

İspaniya Superkubokunun formatı dəyişdirilə bilər. Bunu İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales deyib. Onun sözlərinə görə, Superkubokda 2 yox, 4 komandanın iştirakını təklif edib. Belə ki, La Liqa və Kral Kubokunun qalibləri ilə yanaşı, ikincilərinin də Superkuboka qatılması nəzərdə tutulur. Belədə 4 komanda arasında "Final Four" formatında görüşlər baş tutacaq. Yeni format təsdiqlənərsə, Superkubok oyunları İspaniyada deyil, başqa ölkələrdə keçiriləcək. (Matc.az)