cümə, 11 iyul 2025

BİZİM FUTBOL

Hakimlərimiz “Video Köməkçi Hakim” (VAR) sertifikat turnirində iştirak edəcək

19.02.2019 16:11 Oxundu 573

Aprelin 19-dan 26-dək Türkiyənin Antalya şəhərində UEFA tərəfindən 14-15 yaşlı oğlanlardan ibarət komandaların iştirakı ilə “Video Köməkçi Hakim” (VAR) sertifikat turniri keçiriləcək. Cempio.az AFFA-ya istinadən xəbər verir ki, turnirin oyunlarını idarə edəcək hakimlərə sonda sertifikatlar təqdim olunacaq. 42 hakim və hakim köməkçisinin dəvət aldığı turnirdə ölkəmizi FİFA referisi Əliyar Ağayev, FİFA hakim köməkçiləri Akif Əmirəli və Zeynal Zeynalov təmsil edəcək.