20.02.2019 10:00
582
582

Çempionlar Liqasında "Lion" ilə qarşılaşma "Barselona"nın futbolçusu Luis Suarez üçün uğursuz olub. Cempion.az xəbər verir ki, uruqvaylı futbolçu Çempionlar Liqasında son 18 səfər qarşılaşmasında qol vura bilməyib. Hücumçu axırıncı dəfə 2015-ci ildə "Roma" ilə səfər qarşılaşmasında fərqlənə bilib. Qeyd edək ki, Suarez Çempionlar Liqası çərçivəsində "Nou Kampda" keçirilən son 4 oyununda da fərqlənə bilməyib.