20.02.2019 10:28
611


"Lion"un baş məşqçisi Bruno Genesio "Barselona" ilə oyundan sonra jurnalistlərə açıqlama verib. Cempion.az xəbər verir ki, növbəti mərhələ şanslarını dəyərləndirən təcrübəli mütəxəssis: "Cavab qarşılaşmasında növbəti mərhələyə çıxmaq üçün şansımız var. Öz meydanımızda qapımızı toxunlmaz saxlamağı bacardıq. Düşünürəm ki, növbəti mərhələ üçün yaxşı nəticə saymaq olar. Nou Kampda qol vura bilsək "Barselona"nı turnirdən kənarlaşdıra bilərik. Bunun üçün cavab qarşılaşmasında ürəkli və komanda oyunu oynamalıyıq".