cümə, 11 iyul 2025

DÜNYA FUTBOLU

Noyer: "Bu hesab bizim üçün pis nəticə deyil"

20.02.2019 10:54 Oxundu 516

"Bayer Münhen"in qapıçısı Manuel Noyer "Liverpul"la oyundan sonra jurnalistlərə açıqlama verib. Cempion.az xəbər verir ki, oyunu dəyərləndirən təcrübəli çərçivə qoruyucusu: " "Liverpul"un çox yaxşı futbolçularının olduğunu bilirdik. Çox kompakt bir komandadır və onlara qarşı oynamaq elə də asan deyil. Rəqib meydanında qol vura bilməmişiksə bundan utanmamalıyıq. Bu hesab bizim üçün pis nəticə deyil. Daha yaxşı nəticə əldə edə bilərdik, ancaq qapımızı toxunulmaz saxlamağımızı hal-hazırda yaxşı nəticə saymaq olar". Qeyd edək ki, "Liverpul" "Bayer Münhen" oyunu 0-0 hesabı ilə yekunlaşıb.