15.07.2016 14:43
1910
1910
Bu gün Bakı Apellyasiya Məhkəməsində Ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. "Report"un yaydığı xəbərə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə C.Hüseynovun vəkili Adəm Məmmədov vəsatətlə çıxış edib.
O, çıxışında məhkəmənin qismən istintaqla aparılmasını və şahid Aydın Mahmudovun məhkəmədə ifadə verməsini istəyib. Vəsatət təmin edilməyib.