çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

"Çempionlar Liqasında çıxış etmək istəyirəm"

15.07.2016 15:08 Oxundu 1910

Karlos Bakkanın "Milan"da qalıb-qalmaması dəqiq deyil. Goal.az xəbər verir ki, kolumbiyalı hücumçu gələcəyinin "rossoneri"nin yeni sahiblərindən asılı olduğunu bildirib. İyulun əvvəlində Silvio Berluskoni klub səhmlərinin 80 faizini çinli investorlara satmışdı. O, 1986-cı ildən prezidenti olduğu "Milan"ı 700 milyon avro qarşılığında yeni sahiblərinə təhvil vermişdi.

"Gələcəyim tanrıdan asılıdır. "Milan"la 4 illik müqaviləm var. Bir sıra klublardan təklif almışıq. Agentim bu məsələ ilə məşğul olur deyə rahatam. Çempionlar Liqasında çıxış etmək istəyirəm. Təəssüf ki, "Milan"da əsas çətinliyim budur. Ona görə başqa kluba getmək müzakirə mövzusudur. Qərarım klubun yeni sahiblərinin planlarından asılı olacaq".

Bakka iyunda Çinin "Jiangsu Suning" klubuna keçməkdən imtina etmişdi. Çinlilər təcrübəli forvarda il ərzində 10 milyon avro məvacib təklif edirdi. Onunla PSG, "Atletico" və "West Ham United" ciddi maraqlanır.goal.az