çərşənbə axşamı, 20 yanvar 2026

ŞAHMAT

FİDE rəsmiləri Bakıya gəliblər

15.07.2016 15:11 Oxundu 1193

Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov paytaxtımızda səfərdə olan FİDE rəsmiləri ilə görüşüb. “Kristal Zal”da baş tutan işçi qrupunun iclasında FİDE-nin vitse-prezidenti İzrael Gelfer, FİDE prezidentinin köməkçisi Berik Balqabayev iştirak edib. Görüş zamanı mötəbər yarışa hazırlığın son mərhələsi müzakirə edilib. İclasda iştirakçıların qeydiyyatı, yerləşdirilməsi, mətbuat mərkəzinin fəaliyyəti, olimpiada zamanı partiyaların rəsmi saytda canlı yayımlanması barədə fikir mübadiləsi aparılıb. Qonaqlar həm də Bakıda keçiriləcək FİDE-nin 87-ci Konqresinin təşkilati işləriylə maraqlanıb və görülən işləri yüksək qiymətləndirib.

Bakı Şahmat Olimpiadasının mətbuat xidməti