cümə, 11 iyul 2025

DÜNYA FUTBOLU

Alisson Bekker şəriksiz liderdi

20.02.2019 16:32 Oxundu 501

Çempionlar Liqasının 1/8 final mərhələsi "Liverpul"un qapıçısı Alisson Bekker üçün əlamətdar olub. Cempion.az xəbər verir ki, "Bayer Münhen"lə görüşdə qapısını toxunulmaz saxlayan braziliyalı çərçivə qoruyucusu 2017-ci ildən Çempionlar Liqasında qapısını ən çox toxunulmaz saxlayan qapıçı olub. Alisson Beker iki il ərzində 8 quru oyun keçirdib. Qeyd edək ki, David De Xeya, Andre Ter Ştegen və Loris Karius 4 quru oyunla Bekkeri izləyirlər.