çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

Kloppu  "Enfild"də məğlub etmək olmur

20.02.2019 17:31 Oxundu 515

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızıların" sükanı arxasına keçdiyi vaxtdan öz meydanlarında çıxdığı heç bir avrokubok oyunlarında məğlub olmayıb. Cempion.az xəbər verir ki, Klopp "Liverpul"un başında "Enfild"də keçirdiyi 16 oyunun 10-da qalib gəlib 6-da isə meydandan bərabərliklə ayrılıb. Bu oyunlarda Klopun komandası 41 qol vurub qapısında isə 14 qol görüb. 8 qarşılaşmada isə "Liverpul" qapısını toxunulmaz saxlayıb.