cümə, 11 iyul 2025

DÜNYA FUTBOLU

Alleqri: "Məğlubiyyətə görə ağlamağın bir mənası yoxdur"

21.02.2019 11:16 Oxundu 511

Çempionlar Liqasında "Ateltiko Madrid"ə məğlubiyyətin ardından "Yuventus"un baş məşqçisi Maksimiliano Alleqri jurnalistlərə açıqlama verib. Cempion.az xəbər verir ki, növbəti tur şanslarını dəyərləndirən Alleqri: "Bizim üçün çətin səfər qarşılaşması olacağını bilirdik. "Atletiko Madrid" rəqibi istədiyi kimi idarə edən bir klubdur. Çox səhvlərimiz oldu. Bundan nəticə çıxarmalıyıq. Məğlubiyyətə görə ağlamağın bir mənası yoxdur. Növbəti mərhələyə keçmək üçün əlimizdən gələni edəcəyik. Bilirik çətin olacaq ancaq inansaq hər şey edə bilərik".