21.02.2019 13:27
539


Ermənistanın "Ararat Yerevan" klubu "Fənərbağça"nın futbolçusunu heyətinə qata bilər. Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Ararat Yerevan" "Fənərbağca"nın isveçirəli futbolçusu Maykl Freyi transfer etmək isəyir. "Ararat Yerevan" futbolçu üçün "Sarı Lacivərtli" klubun rəhbəriliyinə müraciət edib. "Fənərbağça" rəhbəriliyi təklifi qəbul edərsə Maykl Frey 1.5 il icarə əsasında "Ararat Yerevan"da çıxış edəcək.