21.02.2019 15:15
413


"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasında "Şalke 04"ü məğlub etdikləri qarşılaşmadan sonra jurnalistlərə açıqlama verib. Cempion.az xəbər verir ki, oyunu dəyərləndirən təcrübəli mütəxəssi: "Nəticə yaxşıdır. Ancaq buna baxmayaraq əlehimizə 2 penalti və 1 qırmızı kartın olması bizim Çempionlar Liqasında çox zəif olduğumuzun göstəricisidir. Bu cür oyunla gələcək mərhəllər üçün hazır olmadığımızı göstərdik. Çox asan top itkilərinə yol verdik. Penaltilərin verilməsində qərarın düzgün olub olmadığını bilmirəm. VAR-a güvənirəm. Rəqib heç nə etmədən 2 qol vurdu. Bu turnir çox fərqlidir. İnkişaf etməliyik".