22.02.2019 11:16
571


"Çelsi"nin baş məşqçisi Maurisio Sarri Avroliqada "Malmö"nü məğlub etdikləri qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb. Cempion.az xəbər verir ki, Bir neçə gündür adının "Roma" ilə hallananmasını dəyərləndirən Sarri: "Son günlər hər kəs məni və komandamı müzakirə edir. Turnir cədvəlində "Arsenal"dan öndəyik və burada da yolumuza dava edirik ancaq hər kəs pis olduğumuzu deyir. Unutmaq lazım deyil ki, bu liqada birinci ilimdir və liqanı 5-ci pillədə bitirən bir komandanı çalışdırmağa başlamışam. Adım "Roma" ilə hallanır bu səhv məlumatdır. "Roma" ilə heç bir danışığım olmayıb. Mənim "Çelsi" ilə 2021-ci ilə qədər müqaviləm var".