22.02.2019 13:49
582


"Fənərbağça"nın futbolçusu Yassin Benzia mövsümü erkən başa vurub. Buna səbəb "sarı lacivərt"li klubun Avroliqada mübarizəni dayandırmasıdır. "Fənərbağça" tərəfindən yalnız Avroliqanın iştirak ərizəsinə daxil edilən yarımmüdafiəçi Türkiyə Super Liqa Oyunlarında iştirak etməyəcək. Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səbəb isə "Fənərbağça"nın bu mövsüm Super Liqada oynayacaq heyətində Benzianın adının olmamasıdır.