1930
Avropa çempionluğunu qeyd edən Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo anası və oğlu ilə birlikdə İbiza adasında tətilə çıxıb. Portuqaliyalı ulduzla bərabər argentinalı məşhur futbolçu Lionel Messi də eyni istirahət məkanını bölüşüb. Rəqibi Ronaldodan fərqli olaraq Lionel Messi istirahətə sevgilisi Antonella Rakuzzo ilə birlikdə gəlib. Amerika Kubokunun finalının penaltilər seriyasında Çiliyə 2:4 hesabı ilə məğlub olan Argentina millisinin lideri Lionel Messi stresini İbiza sahillərində atmağa qərar verib.
Ronaldonun şəxsi yaxtası (Asciari) Messinin şəxsi yaxtasından ( Seven C) cəmi 5 min avro bahadır. (Messinin yaxtasının qiyməti 127 000 avrodır). Zidanın, Moratı və Kokenin də yaxtaları həmin sahillərdə lövbhər salıb.