cümə axşamı, 10 iyul 2025

DÜNYA FUTBOLU

Del Pyero klub prezidenti oldu

25.02.2019 10:00 Oxundu 529


İtaliya "Yuventus"unun sabiq hücumçusu Alessandro Del Pyero ABŞ-ın Los-Anceles şəhərində LA10FC futbol klubunun sahibi olub. Bu barədə məşhur oyunçunun özü açıqlama verib. O, 2018-ci ilin sonlarında həvəskarlar liqasında çıxış edən kiçik klub aldığını bildirib. Del Pyero bu xəbəri ilk dəfə ictimaiyyətə çatdırmasının səbəbini belə izah edib: "Bu layihə məni dərhal fəth etdi. Komandanın rəngləri ağ, qara və bozdur". (Report)