25.02.2019 15:17
560


İspaniya La Liqasının 25-ci turunda "Atletiko Madrid" və "Vilyareal" komandaları üz-üzə gəliblər. Cempion.az xəbər verir ki, Madriddə baş tutan görüş ev sahiblərinin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda qolların müəllifi Alvaro Moratta və Saul Niqes olub. Komandasının ilk topunun müəllifi olan Moratta "Atletiko Madrid"in forması ilə birinci qolunu vurub.