25.02.2019 15:49
373

"Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev zədələnib. Cempion.az klubun saytına istinadən xəbər verir ki, futbolçu son məşqlərdən birində sol diz oynağından zədə alıb. Hazırda müalicə olunan Rəhman Hacıyevin yaxın müddətdə fərdi məşqlərə başlayacağı gözlənilir. Qeyd edək ki, Hacıyev bu mövsüm 14 oyunda meydana çıxıb.